"Bəlkə də Bu, Həqiqətdir" kitabından gözəl sözlər | Kitab sözləri

"Bəlkə də Bu, Həqiqətdir" kitabından gözəl sözlər | Kitab sözləri  mark levi

“Bəlkə də bu həqiqətdir” əsəri məşhur  fransız   yazıçısı  Mark Levinin  ilk romanıdır. Əsər  öz qeyri-adi süjeti və möcüzələr yaratmağa qadir hisslərin gücü ilə insanı heyrətə salır.

Sevmək sevdiyin şəxsin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də sevməkdir..

Bəlkə də Bu, Həqiqətdir, Marc LevI

  • «Filmlərdə olduğu kimi idi, ancaq burada baş verənlər həqiqi idi»
  • — Səni sevdiyimi sənə demişəm?- Sən sevdiyini mənə sübut etmisən, bu ən yaxşısıdır.
  • Gözlərimdə sənin təbəssümünün rəngi var...
  • Zaman bütün yaralara məlhəm olur, hətta bəzi yaralar sağalmasa da..
  • «Hər arzu qarşılığında həyatımızdan nəyisə alır».
 
  • Çünki həyat məhz elə sən hər şeyi düşünüb-daşınarkən, xeyrini ve zərərini götür-qoy edərkən ötüb-keçir ve hayatında heç nə baş vermir.
  • — Həyatın boyu səni çox incidiblər?
    — Yaşımı nəzərə alsaq, kifayət qədər.
  • Yaddaş — qəribə rəssamdır, o ən parlaq rəngləri, ən ifadəli siluetləri saxlayaraq, həyat boyalarını yeniləşdirir, tutqun çalarları isə hafizədən silir.
  • Qeyri-mümkün heç nə yoxdur, sadəcə şüurumuzun sərhədlari bəzi şeyləri içinə sığışdıra bilmir.
  • Məhəbbətin gözəl dadı var, hər zaman bir şeyi xatırla: nəsə almaq üçün nəsə vermək lazımdır.
  • Xoşbəxtlik ayaqların altında ikən bunu dərketmək, əyilib onu yaxalamaq üçün cəsarətli və qətiyyət göstərmək… və bir daha buraxmamaq. Bunu ancaq ürəyin ağlı ilə etmək olar.
  • -Corc, neçə vaxtdır bir-birimizi tanıyırıq?
    -Bu cür sualları verməzlər, əzizim.
    -Niyə?
    -Riyaziyyat sevgiyə yaddır!
  • İki adamın birlikdə yaşaması üçün ən önəmli şey fədakarlıqdır.
  • Bir ananın ölümü yanan kitabxanaya bənzəyir...
  • Mən sənə öyrətdiklərimdən ibarətəm.

 


«Bəlkə də Bu, Həqiqətdir» kitabından gözəl sözlər | Kitab sözləri

Çünki biz hər şeyi yaşaya bilmərik, önəmli olan əsas şeyi yaşamaqdır. Hər birimizin həyatında«bir əsas şey» var.

Bəlkə də Bu, Həqiqətdir, Marc LevI

 

  • Nə qədər ki həyat var, ümid də var.
  • Böyüklər çox vaxt müxtəlif şeylərdən qorxa bilirlər: qocalmaqdan, ölməkdən, yaşaya bilmədiklərindən, xəstəlikdən, hətta hərdənbir uşaqların baxışlarından qorxurlar ki, uşaqları onları qınayar .
  • Gözəl xatirələr yaddaşdan silinməməlidir.
  • Çünki adamlar onlardan fərqlənənləri sevmirlər..
  • Düşün, qərar ver və hərəkətə keç!
  • Məhz elə buna görə bunu edirəm. Səni həyata qaytarmaq mənim həyatımı mənalandırır. Həyat insana bu cür təklifi neçə dəfə edə bilər axı?
  • Səni çox sevirəm, oğlum, sən mənim həyat evimsən.
  • Mənim həyatım, bax, belədir. Mən «niyə», «necə» suallarını vermədən istədiyim hər şeyi edirəm. Qalan şeylər isə o qədər də əhəmiyyətli deyil.
  • Heç nə həyat qədər müqəddəs ola bilməz və əgər o, məntiqimizə zidd bir şəkildə hələ də davam edirsə, deməli, onu bir işarə olaraq anlamaq lazımdır...
  • Qeyri-mümkün heç nə yoxdur, sadəcə şüurumuzun sərhədləri bəzi şeyləri içinə sığışdıra bilmir.
  • Heç vaxt uzun-uzadı tərəddüd etmə. Düşün, qərar ver və hərəkətə keç! Şübhələrə yer vermə.
  • Keçmişə dalmaq bəzən çox çətin olur. Bunun üçün çoxlu güc və cəsarət lazımdır.
  • Dünənki gün ötdü, sabah isə hələ gəlməyib, dəyərli olan bu gündür, indidir.
  • Xoşbəxtliyin sahibi yoxdur. Bəzən onu icarəyə ala bilmək şansımız olur və biz icarədara çevrilirik. Kirayənin haqqını isə daima ödəmək lazımdır, əks halda qapı arxasında qalarıq.
  • «Bu sehirli bank hər birimizdə var: bu zamandır. Xərclənən pullar isə ötən anılar. Hər səhər oyananda biz bir gün üçün 86 400 saniyə həyat krediti alırıq, axşam yatarkən isə sabaha heçnə qalmır. Bizim gün ərzində xərcləyə bilmədiklərimiz isə itirdiklərimizdir. Hər səhər bu yenidən təkrarlanır və biz həyatın 86 400 saniyəsini alır, bu qaçınılmaz oyunu oynayırıq: bank istədiyi an bizi xəbərdar etmədən hesabımızı bağlaya bilər; hər an həyat bitə bilər. Elə isə biz günümüzün 86 400 saniyəsi ilə nə etməliyik? Həyatımızın anları isə dollardan az əhəmiyyətli deyil».

 


 

Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı ilin sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından əvvəl doğan və onu qucağına ala bilmək üçün inkubatordan çıxmasını gözləyən anadan soruş. Həyatın bir həftəsini ailəsinə çörək pulu qazanmaq üçün zavodda və ya şaxtada işləyən fəhlədən soruş. Həyatın bir gününü bir-birilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış klaustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan və ya bütün həyatını qızıl medal qazanmaq üçün idmanla məşğul olmuş, ancaq olimpiada yarışları zamanı gümüş medal qazanmış idmançıdan soruş.

Bəlkə də Bu, Həqiqətdir, Marc LevI

 

 

0 şərh